“Sabah”ın yeni baş məşqçisi məlum oldu 

22:42 27.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının “Sabah” futbol klubunun yeni baş məşqçisi məlum olub.

 

Hafta.az “Championat” nəşrinə istinadən xəbər verir ki, klub Murad Musayevlə razılaşıb.

 

Rusiyalı mütəxəssislə yaxın müddətdə rəsmi müqavilə imzalancaq.

 

38 yaşlı mütəxəssis bu yaxınlarda istefaya göndərilmiş Ramin Quliyevi əvəzləyəcək.